Moyes: “Böyükhesablı məğlubiyyətə layiq deyildik”

“Vest Hem”in baş məşqçisi Devid Moyes İngiltərə Premyer Liqasının 7-ci turundan təxirə salınan “Nyukasl”la qarşılaşmadan sonra (1:5) açıqlama verib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, futbolçularının fərdi səhvlərə yol verdiyini bildirib:

“Məncə, böyükhesablı məğlubiyyətə layiq deyildik. Bu, fərdi səhvlər ucbatından baş verdi. Fasilədən öncə rəqibin qollar vurması üçün şərait yaratdıq. Biz “Sauthempton”la oyunda daha kəskin hücumlar etdik, amma normal müdafiə oluna bilmədik”.

“Vest Hem” hazırda İngiltərə çempionatının turnir cədvəlində 27 xalla 15-ci, “Nyukasl” isə 53 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button