
Mourinyo “Real”da yarımmüdafiədə oynadacağı futbolçuları seçib
Joze Mourinyo rəhbərlik etdiyi “Real”da yeni mövsümdə güvənəcəyi yarımmüdafiəçiləri müəyyənləşdirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, komandada Orelyen Tçuameni, Çud Bellingem, Arda Gülər və Federiko Valverdeyə güvənəcək. Bundan əlavə, bu yay heyətə cəlb olunan Bernardo Silvadan da böyük gözləntilər var.
Daha əvvəl Mourinyonun fransalı yarımmüdafiəçi Eduardo Kamavinqa ilə yolları ayırmaq qərarına gəldiyi bildirilmişdi.
“Real” ötən mövsümü titulsuz başa vurub. Madrid təmsilçisi İspaniya çempionatını turnir cədvəlinin 2-ci pilləsində tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



