“Azərbaycan və Kiprlə oyunda qələbə qazanmalıyıq” – Miyatoviç

Monteneqro milli komandasının futbolçusu Milan Miyatoviç UEFA Millətlər Liqasının 4-cü turunda Lüksemburqa məğlub olduqları oyundan sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı qapıçı 1:2 hesabıyla məğlub olduqları oyundan sonra bunları deyib:

“Liderliyə yüksəldikdən sonra belə məğlubiyyəti həzm etmək çətindir. Bəlkə də, meydançanın da təsiri var idi, amma Lüksemburq da yaxşı komanda olduğunu sübut etdi. Səhvlərimizdən istifadə edə bildilər.

İndi bu məğlubiyyəti arxada buraxmalıyıq. Qələbə ritminə qayıtmalı, Azərbaycan və Kiprlə oyunda qələbə qazanmalıyıq. Lüksemburqun da xal itirəcəyinə ümid etməliyik”.

Monteneqro millisi Millətlər Liqasında C Liqasının 1-ci qrupunda Azərbaycan, Lüksemburq və Kiprlə mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button