“Şerif”lə tarix yazan Vernidub: “Futbolu oynayan pul deyil, insanlardır”

Moldovanın “Şerif” komandasının baş məşqçisi Yuri Vernidub Rusiya mətbuatına müsahibə verib.

Komanda.az xəbər verir ki, “Championat” nəşrinə danışan Vernidub, Çempionlar Liqasında “Real”ı məğlub etdikləri oyunla (2:1) bağlı da fikirlərini bildirib:

“Futbolu oynayan pul deyil, insanlardır. Bu, vacib məqamdır. Ulduz futbolçularımız olmasa da, gənc və sürətli komandamız var. Hər hansı bir komandanı məğlub etmək üçün yaxşı təhlillər aparmalısan. Heyf ki, məşqçilər meydana girib, futbol oynaya bilmirlər.

“Real” kimi rəqiblə bərabər şərtlərlə oynaya bilməyəcəyimiz aydındır. Buna görə də, təhlil etdik. Müdafiədə olduq, rəqibə boşluqlar vermədik və hücuma sürətli çıxdıq”.