Moldova millisinin üzvü “Neftçi”də

“Neftçi” klubu növbəti transferini həyata keçirib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” “Şerif”dən Moldova millisinin üzvü Petru Rakunu “rənglərinə bağlayıb”. Bakı klubunun “facebook” səhifəsi 31 yaşlı müdafiəçinin keçidini açıqlayıb. Transferin detalları barədə məlumat verilməyib.

Raku “Şerif”ə 2017-ci ildə “Milsami”dən keçmişdi. 

Moldovalı futbolçu 48 dəfə ölkəsinin əsas millisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button