“Şadam ki, Kroos klub karyerasını bu şəkildə bitirdi” – Modriç

“Real”in yarımmüdafiəçisi Luka Modriç Dortmund “Borussiya”sına Çempionlar Liqasının finalında qalib gəldikdən (2:0) sonra komanda yoldaşı Toni Kroosun karyerasını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu, Kroosun klub karyerasını bu şəkildə bitirdiyinə görə şad olduğunu bildirib:

“Şadam ki, Kroos klub karyerasını bu şəkildə bitirdi. Daha yaxşı ola bilməzdi. Mən onu təbrik edirəm və bu klub üçün etdiyi hər şeyə görə təşəkkür etmək istəyirəm”.

Kroos mayın 21-də “Real”la müqaviləsini yeniləməyəcəyini və 2024-cü il Avropa çempionatından sonra karyerasını bitirəcəyini açıqlamışdı.

Almaniyalı futbolçu “Real”la 5 dəfə Çempionlar Liqasının, 4 dəfə La Liqanın, İspaniya superkubokunun və UEFA superkubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button