Millinin ən yaxşı oyunçusu – Camal!

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala 2022-ci ildə Almaniya millisinin ən yaxşı oyunçusu mükafatına yiyələnib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu mükafata sahib olduğu üçün şad olduğunu dilə gətirib:

“Bu, mənim üçün böyük şərəfdir. Mükafata yiyələndiyim üçün çox şadam. Bunu heç gözləmirdim. Mənə səs verən hər kəsə təşəkkür edirəm. Bu, çox çalışmaq, daha da təkmilləşmək və milli komanda ilə uğur qazanmaq üçün stimuldur.

Şəxsi mükafatlar qazanmaq çox yaxşıdır, lakin mən Almaniya millisinin heyətində daha çox nailiyyət əldə etməyə üstünlük verərdim”.

Musiala 66 faiz səs toplayaraq Kay Haverts və Yozua Kimmixi qabaqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button