
Milli komandanın üzvü “Neftçi”də – Rəsmi
“Neftçi” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Ağ-qaralar” millimizin üzvü Rüfət Abbasovla anlaşıb.
21 yaşlı müdafiəçi “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.
Abbasov paytaxt klubunda 3 nömrəli formanı geyinəcək.
Rüfət “Neftçi”nin yetirməsidir və 2021/2022 mövsümündə əsas komandaya cəlb edilib, 2 rəsmi oyuna çıxıb.
Son iki mövsümdə “Şamaxı”nın formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



