“Milan”ın matçı türkə tapşırıldı

Türkiyəli FİFA hakimi Cüneyt Çakır Çempionlar Liqasının (ÇL) oyununa təyinat alıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çakır Çempionlar Liqasının B qrupunun “Milan” – “Atletiko” (Madrid) matçının baş hakimi olacaq. Ona bu oyunda Bahattin Duran və Tarık Ongun yardım edəcək.

Sentyabrın 28-də, “San-Siro”da keçiriləcək “Milan” – “Atletiko” qarşılaşması saat 23.00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button