“Milan” “Barselona”nın keçmiş futbolçusu ilə maraqlanır

“Milan” heyətini gücləndirmək üçün “Barselona”nın sabiq müdafiəçisini transfer etməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət hazırda “Selta”da çıxış edən Oskar Minqesadan gedir.

Son illərdə “Selta”da forma geyinən futbolçu La Masiya akademiyasının yetirməsidir. O, 2022-ci ilin yayında azad agent statusu ilə “Selta”ya keçib.

Minqesanın klubu ilə müqaviləsinin müddəti bu yay başa çatacaq. Buna görə də, “Selta”nın transfer qiymətində çevik davranacağı bildirilir. Təxminən 8-10 milyon avro qarşılığında “Milan” onu heyətinə cəlb edə bilər. Qış pəncərəsində razılıq əldə edilməsə, futbolçunu yayda azad agent olaraq əldə etmək variantı da mümkündür – bu, “Milan” üçün artıq tanış bir vəziyyətdir.

26 yaşlı müdafiəçi ilə yalnız “Milan” maraqlanmır, “Yuventus” da onu diqqətdə saxlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button