“Messi özünəməxsus şəkildə komandaya rəhbərlik edir” – Skaloni

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın hücumçusu Lionel Messi haqda danışıb.

Komanda.az “Laureus Spirit of Sport”-a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis Messinin milli komanda üçün vacib rolda olduğunu bildirib:

“Messi özünəməxsus şəkildə komandaya rəhbərlik edir. Təbii ki, o, rəqiblərini üstələməkdə də nümunə göstərir. O, həmişə bizə kömək edir, komandada həmişə əladır və onunla məşq etmək çox xoşdur”.

Argentinalı mütəxəssis 2018-ci ilin avqustundan Argentina yığmasına rəhbərlik edir. Onun rəhbərliyi altında milli 2021-ci ildə Amerika kubokunu, 2022-də Finalissima kubokunu və dünya kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button