“Messinin “İnter”ə keçidi çətin məsələdir” – klub rəsmisi

“İnter”in vitse-prezidenti Xavyer Zanetti “The Best” mükafatına layiq görülən Lionel Messi barədə danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunun mükafata layiq olduğunu bildirib:

“Mənim üçün Messi futbolun özüdür. O, karyerası boyunca bunu sübut edib. 2022-ci ilin ən yaxşı futbolçusu mükafatına tam layiq idi.

DÇ-2022-nin final oyunundan sonra meydançaya daxil oldum və onu qucaqladım. Arzumun gerçəkləşməsinə kömək etdiyi üçün Messiyə təşəkkür etdim”.

Zanetti, həmyerlisinin “İnter”ə mümkün keçidi ilə bağlı da danışıb:

“Onun “İnter”ə keçidi çətin məsələdir. Məncə, bu, bizə görə bir az bahadır”.

“The Best” mükafatının qalibi PSJ-nin hücumçusu Lionel Messi olub. Emiliano Martines 2022-ci ilin ən yaxşı qapıçısı, Argentina yığmasının baş məşqçisi Lionel Skaloni ötən ilin ən yaxşı məşqçisi seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button