Karyerasını bitirmək istəyir – Gələn ilin yayında

“Qalatasaray”ın hücumçusu Dris Mertens gələn ilin yayında karyerasını bitirəcəyini söyləyib.

Komanda.az “LigaBlatt”-a istinadən xəbər verir ki, o, İstanbul klubunda hər şeyin fərqli olduğunu dilə gətirib:

“Bu mövsüm peşəkar futbolçu kimi sonuncu mövsümüm ola bilər. “Napoli”də həftə ərzində iki dəfə oynayırdım. “Qalatasaray”da hər şey daha fərqlidir. Çempionlar Liqasının ruhunu bir də yaşamaq istəyirəm. Stadionumuzda fərqli atmosferin olacağını təsəvvür etməkdə çətinlik çəkirəm”.

Mertens 2023/24 mövsümündə qitənin bir nömrəli klub turnirinin təsnifat mərhələlərində 3 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button