Mbappedən rəqib komandanın baş məşqçisinə jest

“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 33-cü turunda “Alaves”lə oyundan sonra diqqətçəkən addımı ilə yadda qalıb.

Fransalı forvard “Santyaqo Bernabeu”da keçirilən görüşdə hesabı açaraq, komandasının 2:1 hesablı qələbəsinə töhfə verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mbappe hakimin final fitindən sonra formasını çıxararaq “Alaves”in baş məşqçisi Kike Floresə hədiyyə edib.

61 yaşlı mütəxəssis jestə təşəkkür əlaməti olaraq əlini sinəsinə qoyub və futbolçu ilə görüşüb. O, daha sonra formanı köməkçilərindən birinə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button