Mbappe peşmandır

PSJ-nin futbolçusu Kilian Mbappe “Real”a keçə bilər.

Bu barədə 2022-ci ilin yayında Madrid klubu ilə əlaqə saxlanılıb. Ötən ilin yayında fransalı hücumçunun “kral klubu” ilə razılaşdığı haqda xəbərlər də yayılmışdı. Lakin sonra PSJ futbolçusu ilə cari sözləşmənin müddətini uzatdığını açıqlamışdı.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı oyunçunun verdiyi qərardan peşman olduğu deyilir. O, gələcəkdə “Real” keçmək arzusunda olduğunu dilə gətirib. Hətta La Liqa təmsilçisinin onunla maraqlanıb-maraqlanmadığını da bilmək istəyir.

Mbappe 2022/23 mövsümündə PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 31 oyuna çıxıb, 30 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button