“Mbappe və Haland onların davamçıları olacaq” – İquayn

MLS-də mübarizə aparan “İnter Mayami”nin hücumçusu Qonsalo İquayn açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı futbolçu, PSJ-nin hücumçusu Kilian Mbappe və Dortmund “Borussiya”sının forvardı Erlinq Halandı böyük gələcək gözlədiyini düşünür:

“Kilian Mbappedə futbolçu üçün lazım olan bütün keyfiyyətlər var. Lionel Messi və Kriştiano Ronaldo nə vaxtsa futbolçu karyeralarını bitirəcəklər, çünki həyat belədir. Düşünürəm ki, Mbappe və Haland onların davamçıları olacaq”.

İquayn karyerası ərzində “Juventus”, “Real”, “Napoli”, “Milan”, Çelsi” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button