“Matç gərgin mübarizə şəraitində keçdi” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə kubokunun 1/32 final mərhələsinin “Vulverhempton”la cavab qarşılaşmasından sonra (1:0) açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, cütün taleyini həll edən qolun müəllifi Harvi Elliot barədə danışıb:

“Uzun müddət idi ki, qalib gəlmək hissini yaşamırdıq. Matç gərgin mübarizə şəraitində keçdi. Bu, əla idi. Bizim görmək istədiyimiz də məhz budur. Elliot görüşün əvvəlində zədələnsə də, əla oynadı. Sona qədər mübarizə apardı”.

Hər iki matçın nəticəsinə əsasən, mersisaydlılar növbəti mərhələyə adını yazdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button