Marselo “Qarabağ”la oyunları buraxa bilər

“Olimpiakos”un braziliyalı futbolçusu Marselo Yunanıstanda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü tur oyununda iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Sportdog” nəşri məlumat yayıb.

Pirey təmsilçisinin baş məşqşçisi Miçel Qonsales 34 yaşlı müdafiəçini “köhlən atlar”la matçda meydana buraxmaq istəmir. Braziliyalı oyunçunun oktyabrın 15-dən sonra tam hazır olacağı gözlənilir.

Belə olacağı təqdirdə, Marselo “Qarabağ”a qarşı oktyabrın 13-də Bakıdakı 4-cü tur qarşılaşmasını da buraxacaq.

Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button