Marselo ilk oyununu “Qarabağ”a qarşı keçirəcək

“Olimpiakos”un yeni transferi Marselo Yunanıstan təmsilçisindəki ilk oyununu UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin Pirey təmsilçisindəki debütü məhz avrokubok matçına təsadüf edəcək.

Baş məşqçi Miçel Qonsales braziliyalı futbolçuya ikinci hissədə şans verməyi planlaşdırır.

Marselonun oktyabrın 2-də “Atromitos”a qarşı Yunanıstan Super Liqasının 6-cı tur matçında meydana çıxacağı gözlənilmir.

Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matç saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button