Maradonanın muzey-təyyarəsi təqdim edildi – FOTO

Buenos-Ayres hava limanında mərhum argentinalı futbolçu Dieqo Maradonanın qızları “Tango D10S” muzey-təyyarəsini təqdim ediblər.

Komanda.az xəbər verir ki, təyyarənin üzərində Maradonanın Argentina millisi ilə 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında qazandığı kubokla məşhur şəkli yer alıb.

Təyyarənin içərisində isə Maradonanın idman köynəkləri, şəxsi əşyaları, audio və video materiallar olan stendlər var.

Muzey-təyyarə dünyanı gəzəcək və son dayanacağı bu ilin noyabrında Qətərdə keçiriləcək dünya çempionatı olacaq.

Dieqo Maradona 2020-ci il noyabrın 25-də vəfat edib.

Bizi Telegramda izləyin