
Maquayr 4 klubun təklifini geri çevirib
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr karyerasını hazırkı klubunda davam etdirmək niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq, amma o, başqa klublara keçiddə maraqlı deyil.
İngiltərəli müdafiəçi “Tottenhem”, “Everton”, “Sunderlend” və “Vest Hem” kimi klubların təkliflərini geri çevirib. O, yeni müqavilə üçün “Mançester Yunayted”lə danışıqlara üstünlük verir və razılaşmaya yaxın olduğu bildirilir.
Maquayr 2019-cu ildən Mançester təmsilçisinin formasını geyinir. O, cari mövsümdə 20 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



