Maquayr İtaliya klubuna təklif olunub

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayrın adı yenidən transfer xəbərlərində hallanır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ingiltərəli futbolçunun xidməti “İnter”ə təklif olunub. Ancaq bu transferin baş tutma ehtimalının son dərəcə aşağı olduğu bildirilir.

Gözlənilməz hadisə baş verməsə, 33 yaşlı müdafiəçi karyerasını “Mançester Yunayted”də davam etdirəcək.

Maquayrın İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Anlaşmada əlavə olaraq müddətin avtomatik uzadılma bəndi də mövcuddur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button