MY ilə “Arsenal” kubokdan qovuldular

İngiltərə Liqa kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə 6 görüş baş tutub.

İddialılardan “Mançester Yunayted” və “Arsenal”ın müvafiq olaraq “Nyukasl” və “Vest Hem”ə uduzaraq mübarizəni dayandırması diqqətçəkən olub.

“Liverpul”la “Çelsi” isə sürprizə imkan verməyiblər. “Everton”la “Fulhem” də 1/4 finala vəsiqə qazanıblar.

İngiltərə Liqa kuboku, 1/8 final

31 oktyabr

Ekseter Siti – Midlsbro 2:3
Mensfild Taun – Port Veyl 0:1

1 noyabr

Vest Hem – Arsenal 3:1
Bornmut – Liverpul 1:2
Çelsi – Blekbern 2:0
Everton – Börnli 3:0
İpsviç Taun – Fulhem 1:3
Mançester Yunayted – Nyukasl 0:3

1/4 finalda bu komandalar üz-üzə gələcəklər:

Çelsi – Nyukasl
Everton – Fulhem
Liverpul – Vest Hem
Port Veyl – Midlsbro

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button