Evra da…

“Mançester Yunayted”in və Fransa millisinin sabiq futbolçusu Patris Evra karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 38 yaşlı müdafiəçi İtaliyanın “La Gazetta dello Sport” nəşrinə verdiyi açıqlamasında deyib. O, məşqçilik üçün B kateqoriyalı lisenziyasının olduğunu və A kateqoriyası aldığı təqdirdə isə baş məşqçi kimi çalışacağını bildirib.

2006-2014-cü illər aralığında “Mançester Yunayted”də çıxış edən Evra, 2018-ci ilin fevralından klubsuz idi. Onun son iş yeri İngiltərə “Vest Hem”i olub.

Evra 81 dəfə də Fransa millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button