“Mançester Yunayted”in sabiq futbolçusu karyerasını bitirir

Karyerasını ABŞ-ın “Kolorado Repidz” klubunda davam etdirən qolkiper Tim Hovard karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Hovard, “tvitter” hesabından məlumat yayıb.

O, bu ilin sonunda futbolçu karyerasını bitirəcəyini deyib.

Karyerası ərzində “Mançester Yunayted”, “Everton” kimi klublarda forma geyinən Hovard, 121 dəfə də ABŞ millisinin “çərçivə”sini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button