“Mançester Yunayted” Maquayrı satmaqdan imtina edib

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr üçün klub ofisinə bir neçə transfer sorğusu daxil olub.

Komanda.az xəbər verir ki, bu barədə “Sun Sport” məlumat yayıb.

“Qırmızı şeytanlar” yanvarda 32 yaşlı futbolçu üçün bir neçə təklifi rədd edib. Yeni baş məşqçi Maykl Karrik də Maquayrın ayrılmasına qarşı çıxıb. Onun müqaviləsinin müddəti yayda başa çatacaq.

İngiltərəli futbolçu cari Premyer Liqa mövsümündə 8 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button