
“Mançester Yunayted”in Maquayr planı
“Mançester Yunayted” müdafiəçisi Harri Maquayrla müqavilənin müddətini daha bir mövsüm uzatmaq imkanını nəzərdən keçirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 2019-cu ilin avqustundan “qırmızı şeytanlar”ın heyətində çıxış edən 32 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaq.
İngiltərəli futbolçunun bazar dəyəri təxminən 10 milyon avro qiymətləndirilir.
Maquayr cari İngiltərə Premyer Liqası mövsümündə 13 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun komandası hazırda Premyer Liqada 45 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



