“Mançester Yunayted”də olmaq xoşdur, özümü evimdəki kimi hiss edirəm”

“Mançester Yunayted”in futbolçusu David de Xea açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun saytına danışan 30 yaşlı ispan qapıçı, “qırmızı şeytanlar”da özünü evindəki kimi hiss etdiyini deyib:

“Mançester Yunayted”də olmaq xoşdur, özümü evimdəki kimi hiss edirəm. Futbolçu olaraq da artıq böyümüşəm. Bura gələndə başqa dil, başqa mədəniyyətlə qarşılaşmışdım, hər şey fərqli idi. Artıq buna öyrəşmişəm və “Mançester Yunayted” mənim idmançı kimi böyüməyimə kömək edib. Bunun üçün kluba təşəkkür edirəm, hər şey inanılmazdır”.

2011-ci ildə “Atletiko”dan “Mançester Yunayted”ə keçən de Xeanın klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button