“Mançester Yunayted”in baş məşqçi postuna 4 namizəd

“Mançester Yunayted” klubu yeni mövsümdə baş məşqçi postuna namizədlərlə bağlı qərar verib.

Komanda.az “The Guardian”a istinadən xəbər verir ki, bunlar “Çelsi”nin baş məşqçisi Tomas Tuxel, “Sevilya”nın çalışdırıcısı Xulen Lopeteqi, “Ayaks”ın baş məşqçisi Erik ten Haq və İspaniya yığmasının baş məşqçisi Luis Enrikedir.

“Mançester Yunayted” yayda bu məşqçilərdən birini “sükan arxasına” gətirmək istəyir.

“Qırmızı şeytanlar” Çempionlar Liqasının 1/8 mərhələsində “Atletiko”ya uduzaraq mübarizəni dayandırıb. Komandanın İngiltərə Premyer Liqasında da nəticələri elə də uğurlu deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button