“Mançester Yunayted”in Saul üçün təklifi

“Mançester Yunayted”in “Atletiko”dan Saul Niqesi transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” ispan yarımmüdafiəçi üçün klubuna 80 milyon funt-sterlinq ödəməyə hazırdır. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

“Mançester Yunayted” Saulun özünə isə həftəlik 200 min funt-sterlinq təklif edəcək. Bu məbləğ 25 yaşlı yarımmüdafiəçinin “Atletiko” qazandığından iki dəfə çoxdur.

“Atletiko” Saulu satmağa müsbət yanaşmır. Yarımmüdafiəçinin sərbəst qalma məbləği 155 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button