“Mançester Yunayted”i təmsil etmək ən böyük şərəfdir”

Harri Maquayr “Mançester Yunayted”lə müqaviləsinin müddətini uzatdıqdan sonra açıqlama verib.

Daha əvvəl “qırmızı şeytanlar” 33 yaşlı müdafiəçi ilə əməkdaşlığın bir il müddətinə uzadıldığını rəsmən elan etmişdi.

Komanda.az xəbər verir ki, ingiltərəli futbolçu klubun mətbuat xidmətinə açıqlamasında “Mançester Yunayted”də oynamağın böyük şərəf olduğunu bildirib:

“Mançester Yunayted”i təmsil etmək ən böyük şərəfdir. Bu, mənim və ailəm üçün hər gün qürur duyduğumuz bir məsuliyyətdir. Böyük klubda qalmağımı uzada bildiyim üçün sevincliyəm. Komandadakı hər kəs kuboklar uğrunda mübarizə aparmağa qərarlıdır və əminəm ki, ən yaxşı anlarımız hələ qarşıdadır”.

“Mançester Yunayted” Premyer Liqada 31 turdan sonra topladığı 55 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button