“Mançester Yunayted” sabiq futbolçunu heyrətləndirib

“Mançester Yunayted”in sabiq oyunçusu Qari Nevill komandanın müvəqqəti baş məşqçi Maykl Karrikin rəhbərliyi altında uğurlarını qiymətləndirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bu uğurları gözləmədiyini söyləyib:

“Komandanın bu oyunlardan altı xal toplayacağını gözləyirdimmi? Qətiyyən yox. Bu nəticələri və ya, bu səviyyəli oyunu gözləmirdim. Heç kim gözləmirdi. Bu, hadisələrin əlamətdar bir dönüş nöqtəsidir. Sual yaranır: Karrik oyunçuları bu qədər qısa müddətdə necə dəyişdirə bilib?”

“Qırmızı şeytanlar” ingiltərəli mütəxəssisin rəhbərliyi altında iki oyunda “Mançester Siti”ni (2:0) və “Arsenal”ı (3:2) məğlub ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button