40 il sonra gələn anti-rekord: Çempion “Liverpul”?

“Mançester Yunayted” Premyer Liqanın 31-ci turundan təxirə salınmış oyunda “Mançester Siti”yə məğlub olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 0:2 hesabıyla bitən görüşdə yeni anti-rekorda imza atıb. Belə ki, “Mançester Yunayted” Premyer Liqada bu mövsüm 50 qol buraxıb.

“Qırmızı şeytanlar” son dəfə 1978/79 mövsümündə 50-dən çox qol buraxmışdı. 40 il əvvəlki çempionatda 22 klub iştirak edirdi və qalib “Liverpul” olmuşdu.

“Mançester Yunayted” 35 turdan sonra 64 xalla 6-cı sırada qərarlaşıb. Turnir cədvəlinə “Mançester Siti” 89 xalla başçılıq edir. İkinci sırada isə 88 xalla “Liverpul”dur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button