Maunt 23 milyon avroya satıla bilər

“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Mauntun gələcəyi qeyri-müəyyən olaraq qalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu baş məşqçi Maykl Karrikin sistemində əsas heyətdə yer almaqda çətinlik çəkir. “Qırmızı şeytanlar” onu təxminən 20 milyon funt sterlinqə (23 milyon avro) satmağı düşünə bilər.

Mauntun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button