“Mançester Yunayted” onu itirmək fikrində deyil

“Mançester Yunayted” rəhbərliyi Harri Maquayrı itirmək niyyətində deyil.

Son aylarda 32 yaşlı müdafiəçinin gələn yay komandadan göndəriləcək futbolçular siyahısında olduğu iddia edilsə də, Komanda.az xəbər verir ki, “TEAMtalk” fərqli məlumat yayıb.

İngiltərəli futbolçu ilə müqavilənin müddətinin uzadılması “qırmızı şeytanlar”ın yaxın həftələrdəki əsas prioritetlərindən birinə çevrilib. Klub daha bir mərkəz müdafiəçisi transfer etməyi planlaşdırır, ancaq bu, Maquayrın əvəzlənməsi üçün deyil, müdafiə xəttində rəqabəti artırmaq məqsədi daşıyır.

Maquayrın klubu ilə hazırkı müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button