MY Obameyanqa təklif göndərib

“Mançester Yunayted” “Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanqı transfer etmək üçün təklif göndərib.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Qırmızı şeytanlar” yay transfer pəncərəsi bağlanana qədər hücum xəttini gücləndirmək istəyir.

Obameyanq bu mövsüm kataloniyalıların heyətində La Liqada 1 oyunda iştirak edib. Onun “Barsa” ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button