MY niderlandlı müdafiəçi üçün danışıqlara başlayıb

“Bayern”in mərkəz müdafiəçisi Matteys de Liqt klubunu dəyişə bilər. 

Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə “Mançester Yunayted” maraqlanır. 

Artıq tərəflər transferlə bağlı danışıqlara başlayıb. Potensial transfer məbləği təxminən 50 milyon avro ola bilər. 

De Liqt bu mövsüm Bundesliqada 22 oyuna çıxıb və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button