“Heç kim “Mançester Yunayted”in satışı ilə bağlı mənə müraciət etməyib” – Bekhem

“İnter Mayami”nin həmsahibi Devid Bekhem “Mançester Yunayted”in sahibi olan Qleyzer ailəsi haqda danışıb.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, “Qleyzer ailəsi klubu tərk etməlidirmi” sualını belə cavablandırıb:

“Məncə, bəli. Fikrimcə, bu, sırf azarkeşlərin istəyi ilə reallaşa bilər. “Mançester Yunayted” kimi klub fanatlarını itirəndə onları geri qaytarmaq çətin olur. Qleyzer ailəsi klubda çox şeyə nail olub. Hətta onların maliyyə baxımından “qırmızı şeytanlar”ı yüksək məbləğə satmağa çalışması buna ən yaxşı nümunə ola bilər. Hər şeyə rəğmən, dəyişiklik mütləqdir. Bunu hamı görür və bilir.

Hazırda etməli olduğum çox iş var. Diqqətimi yalnız Mayamiyə, biznesimə yönəltmək istəyirəm. Heç kim “Mançester Yunayted”in satışı ilə bağlı mənə müraciət etməyib. Qarşıda nələrin olacağını heç kim bilmir. Gəlin, səbirli olaq və nələrin baş verəcəyini gözləyək. Sağlam qərarın veriləcəyinə ümid edirəm”.

“Mançester Yunayted”i satın almaq üçün əsas namizədlər Qətər şeyxi Həməd bin Casim bin Cabir Əl Tani və britaniyalı milyarder Cim Ratkliffdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button