“Mançester Yunayted” kapitanı dəyişir

Qapıçı David De Xea “Mançester Yunayted”in yeni kapitanı ola bilər.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Erik ten Haq komandanın lideri kimi məhz De Xeanı görür.

Ötən mövsüm MY-nin kapitanı Harri Maquayr olub. Amma ingilis futbolçu oyun keyfiyyətinə görə ciddi tənqidlərə məruz qalıb.

Daha əvvəl “Mançester Yunayted”in yaxın vaxtlarda De Xea ilə yeni müqavilə imzalayacağı bildirilirdi.

İspan qolkiper 2021-ci ilin iyulundan “Mançester Yunayted”də çıxış edir.

“Mançester Yunayted” ötən mövsümdə Premyer Liqanı 58 xalla altıncı pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button