
“Mançester Yunayted”in skautları italiyalı futbolçu üçün “İnter”in matçında olublar
“İnter”in sol cinah müdafiəçisi Federiko Dimarko “Mançester Yunayted”in maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun skautları italiyalı futbolçunu izləmək üçün “İnter” – “Yuventus” (3:2) görüşündə iştirak ediblər. Eyni zamanda, ilk hissənin sonlarında qırmızı vərəqə alan “Yuventus”un müdafiəçisi Pyer Kalulu da “qırmızı şeytanlar”ın diqqətini çəkib.
Dimarko şənbə günü “Yuventus”a qarşı oyunda bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



