
“Mançester Yunayted” “sükan”ı millinin baş məşqçisinə tapşıra bilər
“Mançester Yunayted” yay aylarında komandanı çalışdıracaq yeni daimi baş məşqçi axtarışlarını davam etdirir. Klub bir müddət əvvəl Maykl Karrikin mövsümün sonuna qədər müvəqqəti baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi mövsümlərarası fasilədə tanınmış və nüfuzlu mütəxəssislərdən birini komandaya cəlb edərək, növbəti “yenidənqurma” mərhələsinə start verməyi planlaşdırır.
“Mançester Yunayted”in maraq dairəsində iki məşqçi yer alır. Bunlar İngiltərə millisinin hazırkı baş məşqçisi Tomas Tuxel və “Marsel”i çalışdıran italiyalı mütəxəssis Roberto de Zerbidir.
Hər iki məşqçi daha əvvəl İngiltərə Premyer Liqasında iş təcrübəsinə malikdir və bu amil onların namizədliyini daha da cəlbedici edir.
Bizi Facebook-da izləyin



