
“Mançester Siti”nin qapıçısı narazıdır
“Mançester Siti”nin qapıçısı Ceyms Trafford yay transfer dövründə komandadan ayrıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
Premyer Liqa klublarından “Aston Villa” 23 yaşlı qolkiperin transferində maraqlı olan əsas namizədlərdəndir. Canluici Donnarummanın “şəhərlilər”ə keçidindən sonra Trafford əsas heyətdəki yerini itirib və hazırda italiyalının əvəzləyicisi kimi çıxış edir. Oyun vaxtının azlığından narazı olan qapıçı müntəzəm praktikaya sahib ola biləcəyi kluba keçmək niyyətindədir. “Nyukasl” da ingilis futbolçunun durumunu yaxından izləyir.
Trafford bu mövsüm bütün turnirlərdə 11 oyunda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



