Kevin de Bruyne: “Birlikdə oynadığın birinin bu vəziyyətini görmək üzücüdür”

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne həmyerlisi Eden Hazard haqda danışıb.

Komanda.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi, Hazardın hazırkı durumuna görə məyus olduğunu söyləyib:

“Birlikdə oynadığın birinin bu vəziyyətini görmək üzücüdür. Hazard ilk dəfə bu qədər uzun müddət yaşıl meydanlardan kənarda qaldı. Çox zədələndi, amma mən ona güvənirəm. Hazard hələ də fərq yarada biləcək bir futbolçudur”.

Hazard bu mövsüm “Real”la 11 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button