“Mançester Siti”nin futbolçusu İsveçlə matçın ən yaxşısı seçildi

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş İsveç – Ukrayna matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, Ukrayna yığmasının yarımmüdafiəçisi Aleksandr Zinçenko bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. Belə ki, Ukrayna yığmasının ilk qoluna imza atan Zinçenko, qələbə qolunda da məhsuldar ötürmə müəllifinə çevrilib.

Qeyd edək ki, İsveç – Ukrayna matçı 1:2 hesabıyla başa çatıb. Nəticədə ukraynalılar 1/4 finala vəsiqə qazanıblar.

Aleksandr Zinçenko İngiltərənin “Mançester Siti” klubunun formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button