“PSJ möhtəşəm komandadır, hər kəs bunu bilir” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsində Fransa PSJ-sinə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın saytına danışan ispan mütəxəssis, matçla bağlı bunları deyib:

“PSJ möhtəşəm komandadır, hər kəs bunu bilir. Nələrə qadir olduqlarını bilirəm. Eyni zamanda, özümüzün də nəyə qadir olduğumuzun fərqindəyəm. Uşaqlar meydana çıxıb, əllərindən gələni etməyə məcburdurlar. İlk oyunda olduğu kimi, eyni təhlükələrlə üz-üzəyik.

PSJ-nin yaxşı baş məşqçisi var və taktikanı dəyişə, fərqli sistemlə oynaya bilərlər. Necə oynayacaqlarını bilmirəm. Səbrli davranıb, yaxşı müdafiə olunmalı və şanslarımızı yaradıb, qol vurmağa çalışmalıyıq”.

Bu gün keçiriləcək “Mançester Siti” – PSJ oyunu saat 23:00-da start götürəcək. Komandalar arasında Parisdə keçirilən ilk oyunda “Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.