“Mançester Siti”də koronavirusa yoluxanların sayı açıqlandı

İngiltərənin “Mançester Siti” klubunda koronavirusa yoluxan futbolçuların sayı məlum olub.

Komanda.az “The Athletic”ə istinadən xəbər verir ki, “şəhərlilər”in daha üç futbolçusunda koronavirus aşkarlanıb. Bununla da, komandada virusa yoluxanların sayı 7-yə yüksəlib.

“Mançester Siti”də daha əvvəl Qabriel Jesus və Kayl Uolkerin koronavirusa yoluxduğu açıqlanmışdı.

Koronavirusa yoluxanların sayının çox olması səbəbiylə komandanın Premyer Liqanın 16-cı turu çərçivəsində dünən “Everton”la keçirməli olduğu oyun təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button