“Mançester Siti” Zinçenkonu “Arsenal”a satdı

Futbol üzrə Ukrayna milli komandasının müdafiəçisi Aleksandr Zinçenko İngiltərənin “Mançester Siti” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonra karyerasını “Arsenal”da davam etdirəcək.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Toçular” Zinçenko ilə uzunmüddətli müqavilə bağladıqlarını vurğulasalar da, detallar açıqlanmayıb.

“Arsenal” müdafiəçinin transferi üçün Mançester təmsilçisinə 35 milyon avro ödəyib.

Aleksandr Zinçenko 2016-cı ildə Rusiyanın “Ufa” klubundan 2 milyon avro qarşılığında “Mançester Siti”yə transfer edilmişdi. O, İngiltərə təmsilçisində bütövlükdə 128 matça çıxıb, 2 qol vurub. Ukraynalı futbolçu 2016/17 mövsümündə Niderlandın PSV klubunda icarədə də oynayıb. Ukrayna yığmasında 52 oyuna çıxan müdafiəçi, 8 qola imza atıb.

“Mançester Siti” qapıçısı Ariyanet Muriçi də “Bernli” klubuna satıb. 23 yaşlı qolkiper yeni klubu ilə 4 illik müqavilə bağlayıb. “Bernli” bu keçidə görə mançesterlilərə 2.94 milyon avro ödəyib.

İsveçrədən olan, amma Kosovo yığmasında oynayan Ariyanet Muriç, “Mançester Siti”nin yetirməsidir. Amma o, bu klubun əsas komandasında oynamaq şansı qazanmayıb. Əvəzində qolkiper “NAK Breda”, “Nottingem Forest”, “Jirona”, “Villem II” və “Adana Dəmirspor” kimi klublarda icarədə oynayıb. Gənc qapıçı Kosovo milli komandasında 27 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button