“Mançester Siti” İtaliya klublarına rəqib oldu

“Mançester Siti” İtaliyanın “Breşiya” klubunda forma geyinən Sandro Tonalini transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiolanın yayda 19 yaşlı yarımmüdafiəçinin transfer edilməsini istədiyi bildirilib.

Tonali ilə “Yuventus” və “İnter” də yaxından maraqlanır. “Breşiya” yarımmüdafiəçi üçün 50 milyon avro tələb edir.