“Mançester Siti” 80 milyon avroya müdafiəçi almaq istəyir

“Nyukasl”ın müdafiəçisi Tino Livramento karyerasını “Mançester Siti”də davam etdirə bilər.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “şəhərlilər” 23 yaşlı futbolçunu transfer etmək üçün təxminən 80 milyon avro xərcləməyə hazırdır.

“Nyukasl” Livramento ilə müqavilənin müddətinin uzadılması barədə danışıqlarda irəliləyiş əldə edə bilməyib. O, 2023-cü ildən “sağsağanlar”ın formasını geyinir.

İngiltərəli müdafiəçi bu mövsüm bütün yarışlarda 19 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button