
“Mançester Siti” futbolçusu ilə razılığa gələ bilmir
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva yay transfer pəncərəsində komandadan ayrıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Skira öz sosial şəbəkə hesabında yayıb.
Portuqaliyalı futbolçu ilə klub arasındakı mövcud müqavilənin müddəti gələn yay başa çatacaq və tərəflər hələ də yeni şərtlər üzərində razılığa gələ bilməyiblər. Bu səbəbdən, Silvanın “şəhərlilər”i azad agent kimi tərk etməsi real variantdır.
31 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə Premyer Liqada 11 matçda iştirak edib və 2 məhsuldar ötürmə verib. O, 2017-ci ilin yayından bəri “Mançester Siti”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



